21 yaşlı gənc özünü asdı

olum-intiharBakıda intihar hadisəsi baş verib. 21 yaşlı gənc özünü asıb.

Sabunçu rayon Prokurorluğundan sns press-ə verilən məlumata görə, rayonun Maştağa qəsəbə sakini, 1994-cü il təvəllüdlü Nadir Əlizaman oğlu Həsənov yaşadığı evdə özünü asıb.

21 yaşlı gəncin meyitini ailə üzvləri aşkarlayaraq hüquq-mühafizə orqanları əməkdaşlarına mürəciət ediblər. Dərhal əraziyə polis və prokurorluq əməkdaşları cəlb edilib.

Faktla bağlı Sabunçu rayon Prokurorluğunda cinayət məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

Bundan əvvəl də oxşar hadisə Suraxanı rayonu Hövsan qəsəbəsində baş vermişdi. Hövsan qəsəbə sakini 1977-ci il təvəllüdlü Zaur Hüseynağa oğlu Muradov özünü yaşadığı evin həyətindəki yarımtikilidən asmışdı.

Hadisəyə səbəb Zaur Muradovun psixi problemlərinin olması göstərilirdi.

İntihar edən şəxs iki azyaşlı uşaq atası idi.