Britaniya kraliçası tarix yazdı

II YelizavetaII Yelizaveta 63 il 7 ay taxtda qalan kraliça Viktoriyanı geridə qoydu 

Bu gün – sentyabrın 9-da kraliça II Yelizaveta tarixə Britaniya krallığını ən uzun müddətə idarə edən rəhbər kimi düşmüş oldu. II Yelizaveta taxt-tacı kraliça Viktoriyadan 1952-ci ildə təhvil alıb və bu iki xanım Britaniyanı üst-üstə 125 il idarə edib.

Onlar arasında oxşar cəhətlər az, fərqliliklər isə kifayət qədərdir. Viktoriya kraliça taxtına 18 yaşında çıxıb və ölkəyə 63 il 7 ay 2 gün rəhbərlik edib. Yelizaveta ondan fərqli olaraq 25 yaşında kraliça olub. Və bu gündən etibarən Britaniyaya rəhbərlik müddətinə görə Viktoriyanı geridə qoyub.

150 santimetr boyu olan Viktoriyanın 9 övladı olub. 160 sm.-lik boya sahib olan Yelizavetanın isə şahzadə Filiplə evliliyindən 4 övladı var.

Viktoriyanın Londonda keçirilən tacqoyma mərasimini izləməyə 400 min insan gəlib.  Yelizavetanın tacqoyma mərasimini isə 11 milyon tamaşaçı canlı, 27 milyon insan isə radiodan izləyib.

Viktoriya 1840-cı il fevralın 10-da 21 yaşındaykən şahzadə Albertlə ailə qurub. Onlar Albert 1861-ci ilin dekabrında dünyasını dəyişənədək evli olublar.

Yelizaveta Edinburq hersoqu ilə 1947-ci il noyabrın 20-də ailə qurub. Həmin vaxt onun da 21 yaşı var imiş. Cütlük 68 ildir bu evliliyi davam etdirir. Yelizaveta həm də Britaniya tarixində  “brilyant toyunu” qeyd edən ilk monarxdır.

Viktoriya 1837-ci ildə taxta çıxanda Britaniya krallığının ümumi əhalisi 16 milyon idi. Onun ölümünə yaxın əhalinin sayı 32 milyona yüksəlmişdi.

Yelizaveta taxta çıxanda Britaniyada artıq 50 milyon insan yaşayırdı. 2012-ci ildə – kraliça “brilyant toyunu” qeyd edəndə bu rəqəm 63,2 milyon olmuşdu.

Viktoriyanın ilk rəsmi səfəri 1849-cu ildə Irlandiyaya olmuşdu.

Yelizaveta isə bu günə qədər 116 ölkəyə işgüzar səfər edib.

Viktoriya taxta çıxmaqla parlamentdən 385 min funt-sterlinq almışdı. Yelizavetanın isə varidatının 340 milyon funt-sterlinq olduğu bildirilir.

Viktoriyanın dövründə Britaniyada 10 dəfə baş nazir dəyişikliyi olub.

Yelizavetanın dövründə 12 baş nazir fəaliyyətdə olub. Bu postda ən çox qalan Marqaret Tetçer olub – 11 il.

Viktoriyanın dövründə 3, Yelizavetanın dövründə 7 Papa dəyişib.

Böyük Britaniyada Viktoriyanın adını daşıyan 153 küçə var.

Gültəkin