“Bank Technique”ə verilən reytinq geri çağrılıb

bank1“Moody`s” beynəlxalq reytinq agentliyi “Bank Technique” ASC-yə verdiyi reytinqi geri çağırıb.

Trend-in Agentliyə istinadən verdiyi məlumata görə, hazırda bankın həm milli valyutada olan uzunmüddətli depozit reytinqi, həm də xarici valyutada olan uzunmüddətli depozit reytinqi “Caa2” səviyyəsindədir.

Yerli və xarici valyutada olan qısamüddətli depozit reytinqi aşağı səviyyədədir.

Bankın kreditləşmə qabiliyyətini “Caa3” səviyyəsində qiymətləndirir.

Agentlik reytinqin geri çəkilməsini “öz biznes əlaqələri” ilə bağlayıb.

“Moody`s” qeyd edir ki, 2014-cü ilin iyunun 30-a bankın məcmu aktivləri 568,5 mln. manata, nizamnamə kapitalı isə 49,8 mln. manat təşkil edir. Həmin dövr üçün bankın xalis mənfəəti 1,3 mln. manat olub.