Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) AXCP-nin qurultay üçün yer ayrılması ilə bağlı müraciətinə müsbət cavab verib. Bu barədə qəzetimizə məlumatı AXCP sədrinin müavini Fuad Qəhrəmanlı verib. F.Qəhrəmanlı bildirib ki, BŞİH partiyaya qurultayın keçirilməsi üçün Səttar Bəhlulzadə adına Mədəniyyət Evini ayırıb. Sədr müavini onu da qeyd edib ki, artıq bu gün qurultayın keçirilməsi ilə bağlı müqavilənin imzalanması üçün Bakı Şəhər Mədəniyyət İdarəsinə müraciət ediləcək. Çünki Səttar Bəhlulzadə adına Mədəniyyət Evi məhz bu idarənin balansındadır. Sentyabrın 27-nə təyin edilən qurultayda 800 nəfər qurultay nümayəndəsi və qonaqların iştirakı planlaşdırılır.