Türkiyədə şəhid polislərin sayı 18-ə çatıb

ŞəhidTürkiyə ərazisində PKK terrorçularının polislərə hücumları davam edir.

“Milliyet”in verdiyi məlumata görə, İğdır və Tuncelidən sonra daha bir terror Şırnak vilayətində törədilib.

Şırnakın Cizrə rayonu ərazisində xüsusi təyinatlı polisləri daşıyan avtomobilin hərəkət etdiyi yolda partlayış törədilməsi nəticəsində 3 polis şəhid olub.

Xatırladaq ki, İğdırda baş verən terror aktında 14, Tuncelidə isə 1 polis həlak olub. Beləliklə, gün ərzində şəhid olan polislərin sayı 18-ə çatıb.