Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili Ukraynanın baş naziri ola bilər.
Belə ki, prezident Pyotr Poroşenkonun rəsmi saytında keçirilən petisiyada o təxminən 26 min imza toplayıb. Bunun üçün 25 min imza tələb olunurdu.
Poroşenko 10 gün ərzində məsələyə baxmalıdır.
Saakaşvili Odessa vilayətinin qubernatorudur.
O bundan əvvəl internetdə yaydığı videobəyanatında hökuməti korrupsiya və bürokratiya ilə real mübarizəyə və ölkədə lazımi islahatlar aparmağa çağırmışdı.
Amma o eyni zamanda baş nazir olmaq fikrində olmadığını bildirmişdi.