Razi Nurullayevin 300 manatlıq konfransı FOTO

razi-xirdalan“Kitayski AXCP”nin Xırdalan konfransına kimi sədr seçdilər?

Hakimiyyətin “Razi əməliyyatı” davam edir. “Razi dəstəsi” bu dəfə də Xırdalanda yığıncaq keçirib. Həmişəki kimi 30-40 manatın qarşılığında 15-20 nəfəri “məclis”ə cəlb ediblər.

Razinin çevrəsindən redaksiyamıza verilən məlumata görə, “Xırdalan sərgüzəşti”nin təşkili üçün 300 manat sərf olunub. Bu dəfəki konfransda Arif Baxşəlioğlu Qafarov AXCP Abşeron şöbəsinin sədri , onun qardaşı  Zilfəli Baxşəli oğlu  Qafarov isə Ali Məclisin üzvü  seçilib.

Qeyd edək ki, Arif Baxşəlioğlu Razi Nurullayevin BMM tədbirində iştirak etmiş Vəli Xramçaylının “Ocaq” qəzetində işləyir. Görünür, Nəşriyyatın yeməkxanasında fasiləsiz danışıqların nəticəsi olaraq, Arif və Zifəli qardaşları “qərar”a gəliblər.  Yəni, “Abşeron konfransı” na sədr seçilən adam Vəli Xramçaylının ocağından gəlib.

Fotoda gördüyünüz digər şəxslərin varlığından isə bütün düşərgə xəbərsizdi. AXCP-nin  Abşeron  şöbəsində heç vaxt belə adamlar olmayıb. Hökumət bədxərclik etməyə davam edir. Amma bütün “xərc”lər bu adamların özünü xərcləməsi ilə nəticələnir. Xırdalanda baş tutan rəzillik də, xırdalanmış adamların növbəti  ərimə prosesidir.

İnformasiya şöbəsi