Hökumət benzinin qiymətində də dünyanın əksinə hərəkət edir

vahid meherremovVahid Məhərrəmov: «Qiymətlər belə qalsa, rəqabət qabiliyyyətli mal, məhsul istehsal olunmayacaq»

Dünya bazarında neftin kəskin ucuzlaşması neft məhsullarının qiymətinə təsirsiz ötüşməyib. Bu baxımdan bir sıra ölkələr  benzinin vəÿdigər neft məhsullarının qiymətinəÿdəyişiklik edib. Amma Azərbaycan həmişə olduğu kimi, yenə də bu məsələdə vətəndaşlarını nəzərə almaq istəmir. Neftin ucuzlaşmasıyla əlaqədar ölkənin gəlirləri kəskin azaldığından və hökumət qeyri-neft sektorunu inkişaf etdirmədiyindən, indi yaranmış böhran vəziyyətindən onsuz da ağır durumda olan vətəndaşların hesabına çıxmağa çalışırlar.

Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev də bizdə benzinin qiymətinin dünya bazarı ilə ÿtənzimlənmədiyini, bu məsələnin dövlət tərəfindən müəyyənləşdirildiyini bildirib. ARDNŞ rəhbəri benzinin ucuzlaşmasının mümkünsüzlüyünü Azərbaycanın iqtisadiyyatının sabit olmasıyla əlaqələndirib.

Xatırladaq ki, Azərbaycanda AI-80 və ÿAI-92 markalı benzin 70 qəpiyə, AI-95 markalı benzin 95 qəpiyə, dizel yanacağı isə 60 qəpiyə satılır.

Öz növbəsində Tarif Şurasından da ölkədəÿ benzinin ucuzlaşması üçünÿ əsas olmadığı bildirilib. Şuradan “Trend”əÿverilən açıqlamada qeyd olunub ki, Azərbaycanda istehlak edilən benzinin 95 faizdən çoxu ölkə daxilində istehsal edilən AI-92 markalı yanacaqdır.

Bir çox ekspertlər hesab edir ki, hazırkı vəziyyətdə hökumət böhrandan çıxış yolu kimi, kənd təsərrüfatını inkişaf etdirməlidir. Fəqət, kənd təsərrüfatı ili elan edilməsinə baxmayaraq, bu sahədə hələ də irəliləyiş yoxdur.

Kənd təsərrüfatı sahəsi üzrə ekspert Vahid Məhərrəmov deyir ki, Azərbaycanda təklif olunan benzinin, dizel yanacağının qiymətləri qonşu ölkələrlə müqayisədə xeyli bahadır. Onun sözlərinə görə, qonşu ölkələrdə benzin istehlakçılara xeyli ucuz qiymətə təklif olunur: “Türkmənistanda benzinin litri  bizdəkindən 2,6 dəfə (28 sentə), Iranda 2,3 dəfə (33 sentə) ucuz təklif olunur. Həmçinin Rusiyada 54 sentə, Gürcüstanda 55 sentə satılır. MDB ölkələri olan Qazaxıstanda, Qırğızstanda da benzinin və dizel yanacağının qiyməti Azərbaycanla müqayisədə xeyli ucuzdur. Belə olan halda, qonşu ölkələrin fermerləri, kənd təsərrüfatı məhsulu istehsalçıları müqayisəli üstünlük əldə etmiş olurlar. Yanacağın ucuz olması istehsal zamanı aqrotexniki qaydalara tam əməl etmək üçünÿ fermerlərə ÿstimul verir. Aqrotexniki qaydalara tam əməl olunan təsərrüfatlarda isə məhsuldarlıq yüksək olur. Məhsuldarlığın yüksək olması öz növbəsində məhsulun maya dəyərinin aşağı düşməsinə müsbət təsir edir. Həmçinin,ÿəldə olunan məhsulun keyfiyyətinin yaxşı olmasına da səbəb olur. Əlbəttə, belə olan halda, istehsal edilən məhsul daxili bazarda rəqabət qabiliyyətilə yanaşı, həm də ixrac qabiliyyətli olur”.

Ekspert qeyd edir ki, fermerlərimizin, sahibkarlarımızın istehsal etdikləri kənd təsərrüfatı məhsullarına, ərzaq mallarına artıq əvvəlki ildə olduğu kimi tələbat yoxdur. Bu da məhsulun istehsalının, emalının, daşınmasının baha başa gəlməsi ilə əlaqədardır. Vahid Məhərrəmovun fikrincə, benzinin və dizel yanacağının qiyməti aşağı salınmayacağı təqdirdə, bizim fermer və sahibkarlar rəqabət qabiliyyətli mal, məhsul istehsal edə bilməyəcək: “Indiki halda, hökumətin qarşısında duran ən vacib məsələ kənd təsərrüfatı məhsullarının istehsalının qorunub saxlanması olmalıdır.  Ona görə də benzinin və dizel yanacağının qiymətləri optimal həddə aşağı salınmalıdır”.

Nigar