Ehtiyatda olan hərbçilər orduya çağırılır

esger-ates2Azərbaycanda ehtiyatda olan hərbi qulluqçular orduya çağırılır.

Bu barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin mətbuat xidmətindən bildiriblər.

Xidmətdən bildiriblər ki, ehtiyatda olan hərbçilərin orduya çağırılması sentyabrın 6-dan başlanan Komanda Qərargah Hərbi Oyunları ilə əlaqədardır.

Xidmətdən vurğulayıblar ki, ölkə ərazisində səfərbərlik elan olunmayıb.

Komanda Qərargah Hərbi Oyunları təlimlərinə 65 min nəfərədək şəxsi heyət, 700-dək zirehli texnika, 500-dən çox raket və artilleriya qoşunlarının qurğusu, Hərbi Hava Qüvvələrinin 40-dək təyyarəsi və 50-dək helikopteri, Hərbi Dəniz Qüvvələrinin 20-dək gəmi və kateri, eləcə də Xüsusi Təyinatlı Qüvvələrin və qruplaşmaların havadan mühafizəsi məqsədilə qoşunların hava hücumundan müdafiə bölmələri və müasir hava hücumundan müdafiə kompleksləri ilə silahlanmış zenit-raket birləşmələri cəlb edilib.