Davudoğlu şəhidlərin vida törənində ağladı VİDEO

davudoglu-agladi” Allah şahid olsun, əmanətiniz əmanətimizdir”

Türkiyənin Dağlıcada mina partlaması zamanı şəhid olmuş əsgərlərinin cənazə törənində çıxış edən baş nazir Əhməd Davudoğlu çıxışı zamanı göz yaşlarını saxlaya bilməyib.

Türkiyə KİV-in verdiyi xəbərə görə, Ə.Davudoğlu deyib ki, onlar əsgərkən buraya al bayrağı daşıyaraq gəliblər: “İndi o al bayrağa bükülərək köylərinizə, evlərinizə dönürsünüz.  Allah şahid olsun, əmanətiniz əmanətimizdir. Bu millətin, bu Vətənin birliyi üçün tökülən hər qanın hesabı sorulacaq. Məkanınız Çanaqqala şəhidlərinin məkanı olsun, Sarıkamış şəhidlərinin məkanı olsun. O məkanı Rəbbim bizə də nəsib eləsin. Allah varlığımızı birliyimizi daim, Vətənimizi baki eləsin” (lent.az).

https://www.youtube.com/watch?v=PEIncJjpVn8