Saatlıda 49 yaşlı kişi elektrik cərəyanı vurması nəticəsində ölüb

tokSaatlı rayonunda bədbəxt hadisə baş verib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə bu gün saat 14. 30 radələrində Saatlı rayonunun Dədə Qorqud kəndində baş verib. Həmin kəndin sakini, 1966-cı il təvəllüdlü Şıxəliyev Namiq Höcət oğlu hamamda çimərkən elektrik cərəyanı vurması nəticəsində dünyasını dəyişib.

 

Faktla bağlı araşdırma aparılır.