Parisdə sentyabrın 3-də “Pale Royal” meydanında açılmış “Azərbaycan şəhərciyində” bazar günü Azərbaycanlı siyasi mühacirlərin etiraz aksiyası keçirilib.
Belə ki, bir qrup fəal stendlərə Azərbaycandakı siyasi məhbusların fotoşəkillərini yapışdırıb və bu problem haqqında Parislilərə məlumat verib. Xüsusən, jurnalistlər Xədicə İsmayılova, Seymur Həzi, hüquq müdafiəçiləri İntiqam Əliyev, Rəsul Cəfərov, Leyla və Arif Yunus, Anar Məmmədlinin şəkilləri yerləşdirilib. “Azərbaycan şəhərciyi” sentyabrın 9-na qədər fəaliyyət göstərəcək.