Görkəmli şairimizə “Böyük qar lütfü”

memmed_ismayilMəmməd İsmayıla daha bir dəvət var

Keçən nömrələrimizdə görkəmli şairimiz Məmməd Ismayılın Rumıniyada keçiriləcək Dünya Şeir Festivalında Azərbaycan və Türk ədəbiyyatlarını təmsil edəcəyini xəbər vermişdik. Həmyerlimiz ədəbiyyatımızı dünya coğrafiyasında təmsil etməyə uğurla davam edir…

Belə ki, bu günlərdə onun ünvanına daha yeni bir dəvət məktubu gəlib. Yakutya Yazarlar Birliyi sədrinin M.Ismayıla ünvanlanan həmin məktubunda deyilir: “Türkiyə Respublikası Çanaqqala 18 mart Unveristetinin professoru Məmməd Ismayıl cənablarına!

Hörmətli cənab Məmməd bəy Ismayıl!

Yakutya Yazarlar Birliyi Sizi Rusiyaya, Yakutyada keçiriləcək “Böyük qar lütfü” Beynəlxalq Şeir Festivalına dəvət edir. Festival oktyabrın 21-dən 24-ə qədər Rusiya Federasyasının Saxa Respublikasının Yakutski şəhərində keçiriləcək.

Sizin bu poeziya festivalında iştirakınız bizimçün önəmli və vacibdir. Ümid edirik ki, dəvətimizi qəbul edəcəksiniz…

Hörmətlə: Yakutya Yazarlar Birliyinin sədri N.I.Xarlanpiyeva”.

Məmməd Ismayıl qəzetimmizə açıqlamasında bu dəvətdən məmnun olduğunu və sözügedən tədbirdə iştirak etməyi planlaşdırdığını deyib.