Əhali banklardakı əmanətlərin 328 milyon azaltdı

merkezi-bankBanklarda əhalinin əmanətləri azalmaqda davam edir. Mərkəzi Bankın məlumatına görə, 31 İyul 2015-ci il tarixinə banklarda əhalinin 7 milyard 605,1 milyon manat əmanəti olub. Bu məbləğ, 30 İyun tarixi ilə müqayisədə 48,5 milyon manat və ya 0,6% azdır.

Əmanətlərin 28%- və ya 2 milyard 138,7 milyon manatı milli valyutada, 72%-i və ya 5 milyard 466,4 milyon manatı xarici valyutada olub. İyun ayı ilə müqayisədəİyulda milli valyutadakı əmanətlər 41,2 milyon manat, xarici valyutadakı (əsasən dollarda) əmanətlər isə 7,2 milyon manat azalmışdır.

Devalvasiyadan sonra, Fevralın sonunda əhalinin banklardakı əmanətlərinin həcmi 7 milyard 932,7 milyon manata çıxmışdı. Həmin vaxtdan 31 iyula qədər əhalinin əmanətləri 327,6 milyon manat azalıb.