Ötən həftə daha 6 rayon şöbəsində hesabat-seçki konfransları keçirilib
AXCP-nin VI(IX) Qurultayına hazırlıqlar davam edir. Hazırlıq çərçivəsində partiyanın rayon şöbələrində keçirilən hasabat-seçki konfransları yekunlaşmaq üzrədir.
Partiyanın facebook səhifəsində yayılan məlumata görə, ötən həftə ərzində daha bir neçə rayon şöbələrində – Xətai, Gədəbəy, Ağcabədi, Kürdəmir, Tərtər və Ağdam rayon şöbələrində konfranslar keçirilib. Konfranslarda rayon şöbələrinin seçkili orqanlarına yeni seçkilər keçirilib, Qurultaya nümayəndələr seçilib.
Xətai rayon şöbəsinin konfransında Hüseyn Orucov şöbənin sədri, Rza Abdullayev Ali Məclisin üzvü;
Gədəbəy rayon şöbəsinin konfransında Ramiz Novruzov şöbənin sədri, Taleh Rüstəmov Ali Məclisin üzvü;
Ağcabədi rayon şöbəsinin konfransında Yusif Bayramov şöbənin sədri, Zaur Abbasov Ali Məclisin üzvü;
Kürdəmir rayon şöbəsinin konfransında Mehman Xankişiyev şöbənin sədri, Məcid Hüseynov Ali Məclisin üzvü;
Tərtər rayon şöbəsinin konfransında Etibar Ələkbərov şöbənin sədri, Arzu Süleymanov Ali Məclisin üzvü;
Ağdam rayon şöbəsinin konfransında isə Böyükağa Əliyev şöbənin sədri, Rəhim Ələsgərov Ali Məclisin üzvü seçiliblər.
Siyasi məhbus, AXCP Mingəçevir rayon şöbəsindən Ali Məclis üzvü Qadir Xudabaxşıyev də Ağdam rayon şöbəsinin konfransında partiyanın VI(IX) Qurultayına nümayəndə seçilib.