
“Bu günə qədər AXCP ilə bağlı bütün yalanları ifşa olunan iqtidar əlaltıları yenə də öz ən-ənələrinə sadiq qalaraq növbəti yalan məlumat yayıblar. Guya Razinin dəstəsi cəbhəçiləin iştirakı ilə İmişlidə konfrans keçirib. Bu saxta toplantıya gətrilən adamların heç birinin AXCP-yə yaxından uzaqdan aidiyyəti yoxdur.
Siyasi məhbusların məhkəməsinə 5-10 manata yerləri doldurmaq üçün adamlar necə gətirilirsə, eyni qaydada da belə adamlar hesabına yerli hakimiyyət orqanları Razi üçün yığıncaqlar təşkil edirlər. Bu dəfə isə təşkil edilən toplantının AXCP-yə heç bir aidiyyəti olmadığını bilmək üçün uzağa getmək lazım deyil, bu yalanı elə onun təşkilatçısının fb-də yazdığı status da ifşa edir
(https://www.facebook.com/saleh.qafarov.official.page/posts/975589139169954?pnref=story). İmişlidəki tədbiri təşkil edən Saleh Qafarlı avqustun 29-da fb-də yazdığı statusdan götürdüyümüz bu cümlələrə diqqət edin :
“Bu günə qədər heç bir partiyada təmsil olunmamışam, bu gündən sonra da fikrim yoxdur. Hal-hazırki müxalifətin durumu isə demək olar ki, yox vəziyyətindədir. “. İqtidara bağlı Avropa.info saytının əməkdaşı olan bu adam özü açıq aşkar yazıb ki, heç bir partiyanın üzvü deyil. İndi fikir verin nə qədər qeyri ciddi adamların əlində qalmışıq, bir həftə qabaq yazıb bildirir ki, heç bir partiyanın üzvü deyil, Razidən pul alandan sonra başına yığıdığı özü kimilərlə birgə özünü cəbhəçi kimi təqdim edir.
Razikimilər fəsiləsinin növbəti yalanı da beləcə ifşa olundu. Hafiz Hacıyevin yeni variantı sayılan Razinin Xalq Cəbhəsində olduğu 5 il ərzində heç vaxt öz doğulduğu İmişlinin Xəlifəli kəndində 3 nəfəri partiyaya cəlb etməyə qabiliyyəti çatmayıb, ona görə də onun AXCP- adına idda etməsi bildirçinin bəyliyinə bənzəyir. Əksinə, öz kəındində qeyri ciddi şəxs kimi tanıyan bu adama münasibətə görə Xalq Cəbhəsinin həmin kənddə dayaq dəstəsi yaranamamışdı.
Beləliklə bu günə qədər guya 3 konfrans keçirmiş Razinin bütün tədbirlərinin bu cür saxtakarlıqla təşkil edildiyi ifşa edilib. Çox böyük ehtimalla adətən donorlara kələk gəlib yalan hesabatlar verməklə, qrant mənimsəməyə öyrənmiş Razi bu dəfə də hakimiyyətə eyni kələyi gəlməyə çalışır. Ancaq bu yalan tədbirlər hər dəfə ifşa olunduqca yəqin ki, iqtidar Razidən və bu perspektivsiz layihəyə təminat vermiş hakimiyyət nümayəndəsindən hesab soracaq. Bu qədər pul və resurs hesabına AXCP-yə heç bir aidiyyəti olmayan adamlar hesabına yalançı tədbirlər təşkil eiləcəkdisə, Xalq Cəbhəsindən əhəmiyyətli sayda adamlar qoparılmayacaqdısa, o zaman Razi əməliyyatının nə mənası? Heç bu qədər hay küyə ehtiyac olmadan, onsuz da hakimiyyət 5-10 manatlıq adamlar hesabına istədiyi tamaşanı təşkil edə bilir. Beləliklə də bəlli olacaq ki, əslində Razi əməliyyatı siyasi bir layihəı olmaqdan daha çox, komersiya layihəsinə çevrilib və bir qrup adam bu işlərdən yaxşıca pul mənimsəməklə məşğuldur. Bu dəfə Razi donorların yerinə, yalan hesabtlarla iqtidara kələk gəlir.
Aşağıda AXCP İmişli təşkilatının ötən il dekabrın 20 də keçirdiyi konfransın şəklini təqdim edirəm. Bu konfransda iştirak edən cəbhəçilərdən bir nəfər də olsun Razikimilər fəsiləsinin saxta yığıncağında iştirak etməyib”.

