“Qəbələ”nin siyahısında C.Hüseynov da var

Azərbaycanın "Qəbələ" klubu futbol üzrə Avropa Liqası qrup mərhələsinin oyunları ilə bağlı UEFA-ya oyunçuların siyahısını təqdim edib.
 
UEFA-nın məlumatına görə, siyahıda 22 futbolçu var.
 
Onların arasında klubun yeni transferləri Vaqif Cavadov və Derlis Meza Kolli, habelə hazırda klubun həbsdə olan kapitanı Cavid Hüseynov da var.
 
 
 
Qapıçılar: 1. Andrey Popoviç, 22. Dmitri Bezotosnı, 33. David Pietrzkeviç
 
Müdafiəçilər: 3. Voyislav Stankoviç, 8. Məhəmməd Mirzəbəyov, 15. Vitali Vernidub, 20. Rikardinyo, 21. Arif Daşdəmirov. 34. Ürfan Abbasov, 44. Rafael Santos
 
Yarımmüdafiəçilər: 5. George Floresku, 6. Rəşad Sadiqov, 7. Ermin Zets, 14. Cavid Hüseynov, 19. Aleksey Qay, 66. Samir Zərgərov, 70. Vaqif Cavadov, 88. Derlis Meza Kolli
 
Hücumçular: 9. Sergey Zenyov, 10. Dodo. 69. Aleksey Antonov, 32. Fakunda Pereyra
 
Qeyd edək ki, “Qəbələ” C qrupunda"Borussiya", PAOK və "Krasnodar" klubları ilə mübarizə aparacaq.