
Cihaz «HDMI» vasitəsilə monitor və televizora qoşulur. «Asus VivoStick» cib kompüteri «Intel Cherry Trail» prosessoru, 2 QB əməli yaddaş və 32 QB daxili daşıyıcı ilə təchiz olunub.
Qurğu 2 ədəd «USB» port və audiokonnektor, «Bluetooth 4.0» və Wi-Fi dəstəyinə malikdir. Kompüterdə «Windows 10» əməliyyat sistemi quraşdırılıb.
Cihazın çəkisi 70 qram, ölçüsü 13.8 x 3.4 x 1.5 sm-dir.
ABŞ-da yeni qurğunun təxmini qiyməti 129 dollar olacaq, satışa çıxarılma tarixi hələ ki dəqiq bilinmir.