
“Rusiya Federasiyası çəkinmədən beynəlxalq hüququ tapdalayıb, Krımı ilhaq edib və Donbasda silahlı münaqişə yaradıb, bu gün yenidən Avropa və dünya təhlükəsizliyi sistemini pozur”, deyən Poroşenko qeyd edibki, “Rusiya təcavüzü təkcə Ukrayna üçün deyil, həm də bütün sivil dünya üçün təhlükə yaradır”.
“İkinci Dünya Müharibəsinin qanlı dərsləri əbəs olmamalıdır. Təcavüzkarı yalnız birgə səylərlə dayandırmaq olar, 70 il əvvəl olduğu kimi”, deyə müraciətdə bildirilir.
Rusiya “suveren Ukraynaya qarşı elan edilməmiş “hibrid” müharibəsinə başlayıb”, bununla əlaqədar olaraq “demokratik dünya dağılmış beynəlxalq nizam-intizam sisteminin bərpası və beynəlxalq hüquqa etibarın bərpa edilməsi üçün maksimum səy göstərməlidir”, deyə müraciətdə bildirilir.