QOÇ
Bu gün istədiyiniz işlə məşğul ola bilərsiniz. Yaxın ətrafınızdakı insanların sizi işdən ayırmalarına imkan verməyin. Etibar etdiyiniz adamla gələcək planınızı müzakirə edə bilərsiniz. Imicinizdə də dəyişikliklər edəcəyiniz istisna deyil.
BUĞA
Bu gün düşünülməmiş addımlara yol vermək olmaz. Səbirli olun, təlaşlanmayın. Günün ikinci yarısında ehtiyatlı, diqqətli olun. Axşam saatlarında yeni ideyanızı reallaşdıra biləcəksiniz.
ƏKIZLƏR
Əlinizə düşən imkandan yararlanın. Ulduzlar bildirir ki, əks halda başqaları bundan istifadə edəcək. Yorulduğunuzu hiss etsəniz, dincəlin. Düşünülməmiş addımlar atmayın.
XƏRÇƏNG
Işləri yarımçıq qoyaraq başqasına keçməyin. Başladığınız işi mütləq tamamlayın. Əks halda işdə rəhbərlik və həmkarlarla mübahisə qaçılmazdır. Sağlamlığınızı qorumaq üçün axşam saatlarında açıq havada gəzin.
ŞIR
Eyni zamanda bir neçə işlə məşğul olmaq fikrinizin dağınıq olmasına gətirib çıxaraq. Yaxşı olar ki, diqqətinizi toplayasınız. Günün ikinci yarısında özünüzə vaxt ayırın. Şəxsi münasibətlər müstəvisində hissləri ayrıd etmək üçün yaxşı vaxtdır.
QIZ
Gün ümidlər, irəliləyiş və inkişaf vəd edir. Bu gün çalışın ki, bilik və bacarığınızı nümayiş etdirəsiniz. Günün ikinci yarısında nikbinliyinizi itirməyin. Dostlarla bir araya gələrək gününüzümaraqlı edə bilərsiniz.
TƏRƏZI
Yaranmış şəraiti diqqətlə izləyin ki, əlverişli məqamı qaçırmayasınız. Təhsil, tədris, idman, səfər, mədəni tədbirlər və əyləncə üçün yaxşı vaxtdır. Şəxsi münasibətlər müstəvisində vəziyyət dəyişməz olaraq qalacaq.
ƏQRƏB
Ətrafınızda hər baş verən olaya münasibət bildirməyin. Bundan düşmənləriniz sui-istifadə edə bilər. Borcları qaytarmaq, hesabları ödəmək, iş yerində qayda yaratmaq üçün əlverişli vaxtdır. Səhhətinizin ehtiyaclarını ödəyin.
OXATAN
Təəssüf ki, maraqsız gündür. Günün ikinci yarısında qətiyyətlə çalışmağınız sizi məqsədə doğru aparacaq. Axşam saatları romantik görüşlər üçün uğurludur. Ulduzlar şəxsi müstəvidə səxavətli olmağı təklif edir.
OĞLAQ
Vacib işə diqqət ayırın və onu başa çtdırmağa çalışın. Bütün imkanlardan eyni vaxtda yararlanmağa can atmayın. Səfərə çıxmaq, alış-veriş üçün uğurlu gündür.
DOLÇA
Yeni əlaqələr quracaqsınız. Bu əlaqələrdə xeyir tapacaqsınız. Bürcün ailəli nümayəndələrinin uşaqlarına diqqət yetirmələri məsləhətdir. Səhhətinizə diqqət yetirin, profilaktiki tədbirlərlə məşğul olun.
BALIQLAR
Əsas işləri kənara ataraq ikinci dərəcəli işlərdən yapışmayın. Fikrinizi cəmləyərək bir amal urunda mübarizə aparın. Əks halda bu cür dağınıq halınızla heç bir məqsədə çata bilməyəcəksiniz. Səy göstərsəniz gəlirli iş tapa bilərsiniz.