AB Rusiyaya qarşı sanksiyaları uzadacaq

Avropa Birliyinin Rusiya və Ukraynadan olan 200-ə yaxın şəxsə və şirkətə qarşı sanksiyaları 2016-cı ilin martın ortalarına qədər uzadılacaq. Bu barədə The Wall Street Journal Brüsseldəki diplomatik mənbələrə istinadən yazıb. 
Məqsəd Moskvaya təziyqləri gücləndirmək və ilin sonuna qədər Minsk razılaşmasının yerinə yetirilməsinə nail olmaqdır. 
Sanksiya siyahısına 150 şəxs və 37 şirkət daxildir. Məlumata görə, qərar sentyabrın 2-də açıqlanacaq. Sentyabrın ortalarında isə AB-yə üzv ölkələrin nazirləri səviyyəsində təsdiqlənəcək. 
Söhbət sentyabrın 15-də bitəcək sanksiyalardan gedir. Bu siyahıya baş nazirin müavini Dmitri Kozak və Dmitri Roqozin, BKİ-nin rəhbəri İqor Sergun və prezidentin köməkçisi Vladislav Surkov da daxildir. 
Fizzə