Tikinti firmaları Bakı-Tiflis-Qars layihəsində problem yaradıblar

“Bakı-Tiflis-Qars dəmir yolunun tikintisindəki problemi aradan qaldıracağıq”.
 
Fins.az-ın APA-nın Türkiyə bürosuna istinadən məlumatına görə, Bunu Türkiyə prezidentinin baş müşaviri, keçmiş nəqliyyat, dənizçilik və kommunikasiya naziri Binali Yıldırım deyib. “Tikinti işlərində problemlərin olmasından mən də qısa müddət əvvəl xəbər tutmuşam. Problem tikinti firmalarından irəli gəlib, onlar problem yaradıblar. Bu cür mühüm regional layihəni mütləq tamamlayacağıq. İşi nəzarətə götürmüşəm. Ən qısa müddətdə inşaat şirkətləri ilə olan problemləri həll edib dəmir yolunun tikintisini başa çatdırmağa çalışacağıq”, – deyə o, söyləyib.
 
Qeyd edək ki, 61-ci Ərdoğan hökumətinin nəqliyyat, dənizçilik və kommunikasiya naziri olmuş Binali Yıldırım 2013-cü ilin mart və dekabr aylarında verdiyi açıqlamada  dəmir yolunun tikintisinin ən gec 2014-cü ilin payızında tamamlanacağını demişdi. B. Yıldırımın xələfi Lütfi Əlvan da bu ilin fevral ayındakı, açıqlamasında layihənin tamamlanması üçün nəzərdə tutulan qrafikdə gecikmə olmayacağını bildirmişdi.