Əmlak sığortasında kəskin azalma

2015-ci ilin avqust ayında daşınmaz əmlakın icbari sığortası üzrə 5 907 sığorta müqaviləsi bağlanmışdır.
 
İcbari Sığorta Bürosundan "Marja"ya daxil olmuş məlumata görə, daşınmaz əmlakın icbari sığortası üzrə daxil olan sığorta haqlarının məbləği isə 1,6 milyon manat təşkil etmişdir. Daşınmaz əmlakın icbari sığortası müqavilələrinin 65,13%-i yaşayış evləri və mənzillər, 0,41%-i inzibati binalar, 34,47%-i isə digər daşınmaz əmlakla bağlı olmuşdur. Ötən ilin müvafiq dövrü ilə müqayisədə daşınmaz əmlakın icbari sığortası müqavilələrinin sayında 37,4% azalma, sığorta haqlarının məbləğində isə 9,6 faiz artım müşahidə edilmişdir.
 
Avqust ayında daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə 175, sərnişinlərin icbari fərdi qəza sığortası üzrə 9 sığorta müqaviləsi bağlanılmışdır. Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə daxil olan sığorta haqları  15 090 manat, sərnişinlərin icbari fərdi qəza sığortası üzrə daxil olan sığorta haqları isə 1 218 manat təşkil etmişdir.
 
Avqust ayında icbarı sığortaya cəlb olunan daşınmaz əmlakın 40%-i Bakı, Gəncə və Sumqayıt şəhərlərinin payına düşür.
Avqust ayında daşınmaz ‘mlakın icbari sığortası üzrə bağlanmış müqavilələrin Azərbaycan Respublikasının şəhər və rayonları üzrə bölgüsü aşağıdakı kimi olmuşdur: