Şəkidə daha bir intihar

23 yaşlı ata özünü niyə öldürdü?

Şəkidə daha bir intihar hadisəsi baş verib. Şəhər sakinlərindən aldığımız məlumata görə, Seymur adlı (soyadını dəqiqləşdirə bilmədik – red.) 23 yaşlı gənc özünə qəsd edib. Onun banka kredit borcunu qaytara bilmədiyi deyilir və güman edilir ki, elə bu səbəbdən də intihar  edib. Mərhum ailəli olub. Bir uşağı var. Məlumatda deyilir ki, Seymur iki qabaq dolanışıq çətinliyinə görə özünü asaraq intihar edən Akif Salmanovun yaxın qonşusu olub.