Dövlət Neft Fondu (ARDNF) özünün qızıl ehtiyatlarını artırmağı planlaşdırmır. Bu barədə Fonddan bildirilib. Məlumata görə, hazırda ARDNF-in qızıl ehtiyatları 30175 kiloqram təşkil edir ki, bu da onun ümumi aktivlərinin 3,5%-i qədərdir: “Vəsaitin idarə olunması ilə bağlı qaydalara görə, bu limit 5% müəyyən edilib. Amma hazırda qızıl ehtiyatlarının artırılması fondun planlarına daxil deyil”. 2015-ci ilin 1-ci yarısının yekunlarına görə ARDNF-in aktivləri ilin əvvəlinə nisbətən 3,56% azalaraq 35 milyard 783,3 milyon dollar təşkil edib. (Trend)
Neft Fondu qızıl ehtiyatlarını artırmayacaq
•