Abbas Abbasov “AzərRos”dan istefa verdi

Abbas Abbasov Rusiya Azərbaycanlılarının Federal Milli Mədəni Muxtariyyəti “AzərRos”dan istefa verib. Bu barədə Azerros.ru saytı məlumat yayıb. 
 
Məlumata görə, bu gün "AzərRos" Ağsaqqallar Şurasının növbəti iclası keçirilib. İclasda A. Abbasov təşkilatdan və Ağsaqqallar Şurasının üzvlüyündən istefa verdiyini açıqlayıb. Onun istefası qəbul edilib.