2035-ci ilə qədər karbohidrogen idxalının artımı azalacaq, enerji ixracından valyuta daxilolmaları azalacaq. Belə bir məlumat Rusiya energetika nazirliyinin açıqladığı yeni enerji strategiyasında yer alıb. Sənəd 2014-cü ildə qəbul edilməli idi, lakin sanksiyalar və neftin qiymətinin düşməsi sənədin qəbulunu ləngitdi. Qurum hesab edir ki, 2035-ci ilə əksər ölkələr alternativ qeyri-karbogen enerji mənbələrini inkişaf etdirəcəklər. Bu da Rusiyanın bazar imkanlarını daraldacaq.
Bu halda Avropa istiqamətinə karbohidrogen ixracından gəlirlər artmayacaq.
Rublun devalvasiyası da Rusiyaya kömək etməyəcək.
azadlıq.info


