
Qitənin ikinci dərəcəli klub turnirinin qrup mərhələsində Azərbaycan ilk dəfə olaraq iki klubla təmsil olunub. Tədbir Bakı vaxtı ilə saat 16:00-da başlayıb.
"Qəbələ" "Panatinaikos" (Yunanıstan) səddini keçməklə tarixində ilk dəfə qrup mərhələsində oynamaq hüququ əldə edib. "Qarabağ" isə "Yanq Boyz" (İsveçrə) klubunu mübarizədən kənarlaşdırmaqla bu hüquqa yiyələnib.
Püşkdə iştirak edəcək 48 komanda hərəsində 4 klub olmaqla 12 qrupa bölünüb. Həmin 48 komandadan 22-i Avropa Liqasında pley-off mərhələsinin qalibi, 10-u isə Çempionlar Liqasının "pley-off"unda mübarizəni dayandıran klublar olub. Qalan 16 komanda isə qrup mərhələsinə birbaşa qatılıb.
Qeyd edək ki, qrup mərhələsinin oyunları 17 sentyabr, 1-22 oktyabr, 5-26 noyabr və 10 dekabr tarixlərində keçiriləcək.