Obama Amerikanın yəhudi icmasının narahatlıqlarına münasibət bildirməlidir

ABŞ prezidenti Amerikanın yəhudi icmasının İranla əldə edilən nüvə razılığına dair narahatlıqlarına münasibət bildirməlidir.
 
Tədbir iki əsas yəhudi təşkilatı tərəfindən təşkil edilir.
 
İsrail hökuməti sanksiyaların yüngülləşdirilməsi müqabilində İranı nüvə silahı istehsalından çəkindirən razılığa ciddi şəkildə etiraz edir.
 
ABŞ prezidenti Barak Obama Konqres üzvlərini İranla nüvə razılığını dəstəkləməyə çağırmaqda davam edir. O, Tehranın sazişin şərtlərinə əməl etmədiyi təqdirdə ABŞ-ın İrana qarşı hərbi əməliyyat həyata keçirə biləcəyini və ya sanksiyaları bərpa edə biləcəyini vurğulayıb.
 
Nümayəndələr Palatası və Senat nüvə razılığının əleyhinə səs verdiyi təqdirdə Obama veto qoyacağını vəd edib.