
İş adamı İbrahim Nehrəmli haqda Moderator.az – a növbəti şikayət daxil olub.
İbrahim Nehrəmlinin sahib olduğu “Xəzər Adaları” futzal klubunun baş məşqçisi Elnur Qəmbərovun sözlərinə görə, İbrahim Nehrəmli uzun müddətdir ki, ona və klubun futbolçularına borclu olduğu pulu vermir:
“İbrahim Nehrəmlinin komandaya 130 min azn – ə qədər borcu var. Təkcə mənə verəcəyi 20 mindir. Aylardı ki, bu pulu bizə ödəmir, hər gün deyir ki, “az qalıb, verəcəm yaxın müddətdə”, amma heç nə verməyib bizə. Klubda bizlə yanaşı əcnəbi futbolçular da var. 2 ispan futbolçu və bir məşqçi köməkçisi artıq səfirliyə şikayət məktubu göndərəcəklərini bildiriblər. Braziliyalı futbolçular da artıq bu gün İbrahim Nehrəmlinin ofisinə gedəcəklərini bildiriblər. Əcnəbi və yerli futbolçularım hər gün mənə əmək haqları haqda suallar ünvanlayırlar. Mən də İbrahim Nehrəmlinin dediklərinə uyğun olaraq bir neçə gündən sonra pul olacağını desəm də nə futbolçuların, nə də mənim əmək haqqım hələ də ödənilməyib.”