Bakıda silahlı insident: keçmiş polis güllələndi

Milli.az onunla bağlı maraqlı təfərrüatlar, eləcə də hadisə yerinə getdyi avtomobilin və özünün fotolarını əldə edib.
 
Sayt bildirir ki, bir müddət əvəvəl polisdən ayrılan N.İbrahimov biznesmen olub.
 
Sayt əməkdaşı Nizami Ryon Polis İdarəsindən onu da öyrənib ki, qanlı hadisə qız üstündə olub. Tərəflərdən birinin sevdiyi qızın telefonuna zəng gəlib. Telefonu qızın sevgilisi götürüb və görüş təyin ediblər. İlkin ehtimala görə, atışma da məhz elə qız üstündə mübahisədən yaranıb.

 
***
 
Daha bir nəfər isə xəstəxanaya yerləşdirilib 
 
Azərbaycan paytaxtında silahlı insident olub.
 
Nizami rayon Polis İdarəsindənAPA-ya verilən məlumata görə, hadisə rayonun Əzimzadə küçəsi 20 ünvanında qeydə alınıb. Bakı şəhər sakini, 1982-ci il təvəllüdlü Rövşən Qalib oğlu Həsənov aralarında yaranan münaqişə zəminində tanışı, 1975-ci il təvəllüdlü Nadir Fəxrəddin oğlu İbrahimovu tapançadan atəş açmaqla öldürüb.
 
Daha sonra R. Həsənov idarə etdiyi “Lexus” markalı 90 SF 333 dövlət nömrə nişanlı avtomobillə hadisə yerindən qaçıb. Bu zaman o, idarə etdiyi maşını Rəşad Zakir oğlu Məmmədovun idarə etdiyi “Toyota” markalı avtomobilə çırpıb. Nəticədə R. Məmmədov xəsarətlə xəstəxanaya yerləşdirilib.
 
Hadisəni törədən R. Həsənov saxlanılıb.
 
Polisdən bildirilib ki, qətlə yetirilən N. İbrahimov keçmiş polis əməkdaşıdır.
 
Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.