Xarici vətəndaşı Bakıda əvvəl döyüb, sonra asıblar?

Bu günlərdə Bakıda özünü asmış Banqladeş vətəndaşınin intiharı ilə bağlı yeni təfərrüatlar məlum olub. Banqladeş vətəndaşı, 28 yaşlı Mohaad Məhəmməd bu günlərdə Badamdar qəsəbəsində asılmış halda aşkarlanıb. 
M.Məhəmməd “ELİTE MARİNE PTE.LTD” şirkətində çalışıb. Əcnəbi vətəndaşın tanışları isə onun intihar etməsinə inanmadıqlarını deyiblər. Onların sözlərinə görə, M.Məhəmmədi əvvəlcə döyüb, sonra isə asıblar. (Virtualaz.org)