
O halda təəcüblü olan budur ki, əgər məqsəd Razi əməliyyatı ilə AXCP-ni zəiflətmək idisə bu alınmadı. Bəs o zaman hakimiyət niyə hələ də bu əməliyatı maliyyələşdirməkdə davam edir? Bu yolla heç AXCP-nin başını qatıb onun gündəmini də dəyişmək mümkün deyilsə, bu əməliyyatı davam etdirməyin nə mənası?
Əksinə, intellektual baxımdan kasad, psixi baxımdan müəyyən çatışmazlığı olan bu qeyri ciddi adamı qabağa verib AXCP-yə qarşı kampaniya aprmaq ictimai rəydə AXCP-yə qarşı həmrəyliyi və tərəfdarlığı daha da artırır. Digər tərəfdən də şirnikləndirmə və müxtəlif yollarla cəbhəçiləri "ovlamağın" mümkün olmadığı aydın olduqca, bu cəmiyyətdə AXCP-nin möhkəm bir ideya bazasına, mənəvi dəyərlərə sahib təşkilat kimi tanınmasına imkan yaradır.
AXCP-yə qarşı istifadə olunan bu yeni Hafiz Hacıtyevin "kalibiri" o qədər kiçikdir, imici elə qeyri ciddidir ki, hətta öz fb səhifəsinədə belə ironiya hədəfinə çevrilir, 10-15 nəfər yanındakılardan başqasının dəstəyini ala bilmir. Aydın görünür ki, ictimai rəy bu məkrli oyunu artıq ikl vaxtdan iqnor edib.
Heç şübhəsiz ki, hətta aşağı səviyyəli siyasi texnoloq belə bundan daha yaxşı kampaniya təşkil edə bilərdi. Görünür hakimiyyət daxilində kimlərsə etiraf etməlidirlər ki, bu kampaniyanı belə bir zəif və qeyri ciddi adamın üzərində qurmaq, onun hər şeyi pulla həllə edəcəyinə arxayın olmaq bütövlükdə prosesi iflasa uğradan kobud səhv idi.
O zaman belə görünür ki, Razi əməliyatı əslində siyasi bir proses olmaqdan daha çox, korrupsiya layihəsinə çecrilib və yüksək qiymətə cəbhəçi almaq adı ilə bu işdə rol alanlar yaxşı pul qazanmaq imkanı əldə ediblər. Ona görə də hələ də AXCP-yə heç bir aidiyyəti olmayan adamları cəbhəçi kimi sənədləşdirib buna görə pul silməklə məşğuldurlar".