
Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimai əlaqələr şöbəsinin müdiri Vüqar Şıxəmmədovun Lent.az-a veridyi məlumata görə, nazirlik Akademik Milli Dram Teatrında baş verənlərə biganə qalmayacaq: “Oradakı məsələlərə baxılacaq. Bu dəqiqdir. Hələ iyul ayından bu barədə məlumat vermişdik. Amma hansı formada baxılacağı yaxın günlərdə açıqlanacaq”.
Teatrın aktyorları bu barədə dəqiq informasiyaya malik olmadıqlarını bildiriblər. Onlar da nazirliyin sənət ocağında baş verənlərlə bağlı münasibətini gözlədiklərini əlavə ediblər.