
Bunu "Report"a Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Dilçilik İnstitutunun direktoru, akademik Tofiq Hacıyev deyib.
Akademik bildirib ki, işdən çıxması ilə bağlı qərarı tələsik qəbul edib: "O vaxt əsəbi şərait var idi, işdən çıxmaq barədə ərizə verdim. Sonra yazıları, müxtəlif münasibətləri gördüm, fikrimi dəyişmişəm. Nə səbəbə belə bir vəziyyət yaranıb, onu aydınlaşdırmaq üçün işə qayıtmaq istəyirəm. Ona görə də ərizəmi geri götürmüşəm".
T.Hacıyev deyib ki, işə qayıtmağı Dilçilik İnstitunun kollektivi ondan xahiş edib: "Kollektiv də xahiş etdi, mən də məsələləri aydınlaşdırmaq üçün işə getmək istəyirəm. Ona görə də vəzifəmə qayıdacam".
O, gələn aydan işə çıxacaq.