rovnaq

Rövnəq Abdullayevin oteli əlindən alındı

«Samaxi Palace Sharadil» Paşayevlərin nəzarətinə keçdi

Şamaxı ilə Ağsu rayonları arasında, füsunkar mənzərəli ərazidə yerləşən dəbdəbəli “Samaxi Palace Sharadil” butik-otelinin mülkiyyətçisi dəyişib. Adıçəkilən otel “ABSHERON Hotel Group” tərəfindən idarə olunan çoxsaylı lüks otellər kolleksiyasına daxil olub.

Bu haqda “ABSHERON Hotel Group”dan yayılan açıqlamada deyilir. “Samaxi Palace Sharadil” bundan əvvəl “Modern Group” şirkətlər qrupuna məxsus idi və françayzinq müqaviləsi əsasında “Rixos Hotels” tərəfindən idarə olunurdu. Hazırda otelin yeni mülkiyyətçisi “Sheredil Otel MMC” onun idarə edilməsini “ABSHERON Hotel Group”a həvalə edib (virtualaz.org).

Məlumat üçün deyək ki, “Samaxi Palace Sharadil” oteli dövlət neft şirkətinin prezidenti Rövnəq Abdullayevə məxsus olub. ARDNŞ-də işçilərə “putyovka” verərək bu otelə göndərirdilər. “ABSHERON Hotel Group” isə Paşayevlərin nəzarətindədir.