Obama Yaponiyanın baş nazirindən üzr istədi

ABŞ prezidenti Baraka Obama Yaponiya baş naziri Sindro Abeyə zəng edərək Wikileaks-də son dərclərə görə üzr istəyib. “Wikileaks”in açıqldığı son məlumatlarda bir çox yapon siyasətçisi, o cümlədən baş nazir Sintze Abenin amerikalıların nəzarəti altında olduğu bildirilirdi.
 
“Prezident Obama çox təəssüfləndiyini dedi. Xüsusən bu hadisənin Yaponiyada böyük rezonans doğurmasına görə”- deyə Yaponiya baş naziri mətbuata açıqlamasında deyib. O, ABŞ prezidentinin telefon danışığı zamanı ondan üzr istədiyin də qeyd edib.