
İqtisadçı ekspert Məhəmməd Talıblı hazırda gündəmdə olan manatın mümkün 2-ci devalvasiyası ilə bağlı facebook səhifəsində status paylaşıb. Həmin statusu diqqətinizə çatdırırıq:
"Mərkəzi Bankın ikinci devalvasiya qərarını yaxınlaşdıran ciddi amillər var. Bu sırada neftin qiymətinin kritik həddə (40 dollar\barel) yaxınlaşması sürətlənir. Belə qiymət həddindən sonra ölkəyə valyuta daxilolmaları azalır və MB milli valyutanın dəyərini saxlamaq üçün rezervlərini xərcləməkdə çətinlik çəkilir. Ona görə, hökumət çalışır ki, MB-ın rezervləri inersiya ilə azalsın və ya ümumiyyətlə azalmasın. Amma dünyadakı neftin qiymətinin düşmə ehtimalının daha çox proqnozlaşdırmaqda davam edən obyektiv proseslərdə sürətlənir. Bunun üçün obyektiv əsaslar var. Əvvəla iri neft istehlakçılarının (ABŞ və Çin) iqtisadiyyatlarında maraqlı proseslər gedir. ABŞ-ın şist neftinin hasilatının yüksəlməsi onun özünün neft idxalının azalmasına səbəbə olub. Hətta şist qazın ixracına görə ötən il rekord nəticə əldə edib. Çin iqtisadiyyatında iqtisadi artım templərinin geriləməsi də bu ölkə üçün neftə tələbi azalmasına səbəb olub. Yeri düşmüşkən Çin dünya neft tələbatının 12 faizini təmin edir. OPEK ötən ay gündəlik hasilat kvotasında 2 milyon barel daha çox neft hasil edib. OPEK-in əsas neft oyunçusu olduğunu nəzərə alsaq, onun rolunu da doğru qiymətləndirmək lazımdır. İrana qarşı beynəlxalq sanksiyaların aradan qaldırılması dünya bazarına daha çox neft hasil edilməsinə gətirib çıxarır. Bütün bunlar neftə tələbin azalması və qiymət enməsini daha çox ehtimal etməyə əsas verir. Bütün bunlar neftin qiymət düşüklüyü və devalvasiya üçün obyektiv amillərdir. Subyektiv amil isə ondan ibarətdir ki, hökumət devalvasiyanı mümkün qədər ertələməyə çalışacaq. Bu haqda ötən ay media üçün daha ətraflı danışmışdıq. Azərbaycanda keçiriləcək parlament seçkilərinə görə hökumətin reytinqinin qorunub-saxlanması üçün devalvasiya qərarını necə olursa-olsun gecikdirməyə çalışacaqlar. Çünki, ikinci devalvasiyanın hökumətin reputasiyasına vura biləcəyi zərbə nəzərə alaraq bu addıma geciləcək".