
Çərşənbə axşamı Çinin mərkəzi bankı sələm faizlərini 0.25 faiz azaldıb və bankların ehtiyatda daha az pul saxlamalarına icazə verib. Bu, istehlakçılar üçün məhsul almağı, şirkətlər üçünsə fabrik tikməyi və yeni işçi götürməyi asanlaşdırır.
Bazarlar ilk öncə bu addıma müsbət reaksiya verb və çərşənbə axşamı Avropa və ABŞ-da askiyalar artıb. Lakin çərşənbə günü Asiya səhm birjalarında növbəti coşqun bir gün yaşanıb və aksiyalarda ya böyük qazanclar ya da böyük itkilər müşahidə edilib.
Çinin Şanxay səhm birjası indeksi günü 1.3 itki ilə başa vurub, Şenzen indeksi isə 3 faiz.
Tokyo 3,2 faiz düşüb, Honq Konq isə daha öncə əldə etdiyi gəlirləri itirərək, çərşənbə günü 1,5 faizlik itki ilə bitirib. Avropa səhm birjaları da günə 1 faizlik itki ilə başlayıblar.
Çinin iqtisadi artımının gələn il 6,6 faizə düşəcəyi gözlənilirik ki, bu son illərlə müqayisədə çox aşağı göstəricidir.
Petersen Beynəlxalq İqtisadiyyat İnstitutunun Çin iqtisadiyyatı üzrə eksperti Nik Lardi Çinin itisadi problemlərinin digər ölkələrə təsir etməsinin səbəbini dünyanın ikinci ən böyük iqtisadiyyatı olması ilə izah edib.
Bu isə o deməkdir ki, Çində iqtisadi artımın azalması digər sənaye ölkələrindən emal edilmiş məhsullara, inkişaf etməkdə olan ölkələrdən isə əmtəə mallarına tələbatı azaldır. Artan tələbat Çinin ticarət tərəfdaşlarının iqtisadi artımını zəiflədir.