![]()
Hüquqşunas Əlövsət Əliyev Facebook səhifəsində Azərbaycana az sayda turistlərin gəlməsinə aydınlıq gətirən status yazıb:
"Dostlar, son günlər KİV-lərdə Azərbaycanla müqayisədə Gürcüstana Avropadan gedən turistlərin artdığını qeyd edirlər. Bunun əsas səbəblərindən biri Gürcüstana Avropadan daha asan viza almaq imkanı ilə bağlıdır. Belə ki, Avropa ölkələri vətəndaşlarından Gürcüstana viza almaq üçün tələb olunan sənədlərin siyahısı aşağıdakı kimidir:
• Viza üçün tələb olunan Ərizə-Anket forması;
• Pasport (Yol sənədi);
• Fotoşəkil;
• Əvvəllər Gürcüstanda qanunsuz qalmış şəxs buna ğörə inzibati qaydada cərimə edilibsə, həmin cərimənin ödənilməsi haqqında sənəd;
Avropa ölkələri vətəndaşlarından Azərbaycana viza almaq üçün tələb olunan sənədlərin siyahısı isə aşağıdakı kimidir:
• Viza almaq üçün ərizə-anket (blankı doldurarkən çap hərflərindən istifadə edilməlidir)
• Pasport və surəti (pasport – etibarlılıq müddəti viza verildiyi gündən etibarən ən azı 90 gündən tez bitməməlidir);
• Biometrik identifikasiya tələblərinə uyğun 2 ədəd fotoşəkil (3 X 4)
• Dövlət rüsumunun ödənilməsi barədə qəbz COMMERZBANK , Konto-Nr.: 266153601, BLZ 10040000).
• Qəbul edən tərəfin (hüquqi və ya fiziki şəxsin) Azərbaycan Respublikasının dövlət dilində vəsatəti;
• vəsatət təqdim edən hüquqi şəxsin Nizamnaməsi və ya Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun qeydiyyatdan keçməsi barədə şəhadətnamənin surəti,
• qəbul edən fiziki şəxsin şəxsiyyətini təsdiq edən sənədin surəti;
• Coxdəfəli giriş vizası üçün Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin dəvət məktubu.
Belə sərt qaydaların müəyyən olunması əslində Avropa vətəndaşları üçün Azərbaycanın bağlı olması deməkdir".


