Siyavuş Novruzov yenə də nağıl danışmaq qərarına gəlib
Bir neçə aydan sonra ölkədə parlament seçkisi keçiriləcək. Təbii ki, ölkədə hər hansı seçki ab-havası yoxdur, hökumət seçki islahatları aparmaqda həvəsli deyil. Yəni YAP hakimiyyəti vətəndaşın seçkiyə olan ümid və inamını öldürüb. Hamı bilir ki, bütün seçkilər saxtalaşdırılır və hakimiyyətin yeganə təsəllisi bu saxtakarlıqlardı.
Üstəlik parlament seçkiləri elə bir vaxta təsadüf edir ki, hakimiyyətin inkişaf proqnozları ifşa olunub, sosial-iqtisadi vəziyyət pisləşir və dünya bu hakimiyyətdən imtina edib.
Amma YAP-ın siması olan Siyavuş Novruzov hesab edir ki, YAP ötən parlament seçkilərindən sonra xalqa verdiyi vədə əməl edib və sözünün ağası olub: “Partiyamızın sədri, cənab Prezident Ilham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində Azərbaycanın sürətli inkişafı, qazanılan uğurlar seçkilərdə qələbəmizi şərtləndirən əsas amildir. Bu gün elə bir sahə yoxdur ki, orada inkişaf baş verməsin. Azərbaycan inkişaf baxımından region dövlətləri arasında ön sıralardadır. Son parlament seçkilərindən keçən beş ilə nəzər salsaq, bu dövrdə ölkəmizdə çox böyük dəyişikliklər baş verib. Iqtisadiyyat artıb, əhalinin rifahı yüksəlib, Azərbaycan dünyada söz sahibi olan dövlətə çevrilib, regionlarımız sürətlə inkişaf edir, bölgələrdə sosial məsələlər həll olunur və s. Yəni, biz beş il əvvəl seçkilərə gedərkən insanlara verdiyimiz vədlər yerinə yetirilib. Ən əsası odur ki, Azərbaycan dövləti milli maraqlarımıza uyğun siyasət həyata keçirir və bu da xalqımız tərəfindən birmənalı olaraq dəstəklənir” – deyə Siyavuş Novruzov bildirib.
Müğənnilər fonaqrama oxuduğu kimi, Siyavuş Novruzov da bu şablon fikirləri yaddaşının “disk”inə köçürüb və bütün məclisdə təkrarlayır.
20 ildən artıqdır ki, Qarabağ məsələsindəÿ irəliləyiş yoxdur, 2.6 milyon ÿəhali kredit girovuna çevrilib, təhsil, səhiyyə, hüquq sistemi şikəst vəziyyətəÿ salınıb, milyonlarla vətəndaş dolanışıq üçün ölkə ÿxaricinəÿ qaçıb, təhsil haqları kəllə-çarxa çıxıb, hələÿ də ÿhəkim, müəllim, təqaüdçü dilənçi puluna möhtacdı, kənd təsərrüfatı böhran vəziyyətindədi, kütləvi ixtisarlara start verilib, bir gecənin içindəÿ vətəndaşa vurulan 2.2 milyard zərər ödənilmir, məmur özbaşınalığı, intiharlar adi hala çevrilib, bütün dünya bu hakimiyyətdən üz döndərib, telekanallar məddahlıq vəÿ ucuz şou ilə ÿbəzədilib, bütün xəstəxanalar pullu fəaliyyət göstərir, bütün məhsullar vətəndaşa 15-20 dəfə ÿbaha satılır, ölkəninÿən vicdanlı simaları şərlənərək həbs olunur, yüksək vəzifəlilər milyardlarla manat vəsait oğurlayıb və prezidentin gurultulu müşavirələri söz olaraq qalıb. Bütün bu sadaladığımız problemlər statistik rəqəmlərdə də ifadə olunur. Siyavuş Novruzov özü də etiraf edib ki, vətəndaş kredit borcunu ödəyə bilmək üçün cinayətkara çevrilməlidi. YAP-ın sədri olan prezident isə dərman preparatlarının 10 dəfə baha satıldığını, sahibkarlardan qeyri-rəsmi “haqq” alındığını, qiymətlərin süni şəkildə artırıldığını söyləyir. PA rəhbəri Ramiz Mehdiyev isə savadlı kadr tapa bilmədiklərini, elmi əsərlərin yazılmadığını, Elmlər Akademiyasının bazara döndüyünü etiraf edib. Yəni, heç bir sahədə inkişafın olmadığı hökumətin öz dili ilə də təsdiqlənib. Təkcə 2.6 milyon insanın kredir borcu ödəməsi, bu ölkənin hansı vəziyyətə düşdüyünün sübutudur.
Yəni, Siyavuş Novruzovun təmsil olunduğu hakimiyyət sözünün yox, ölkə sərvətlərinin ağasıdır.
Siyavuş Novruzovun müsahibəsdəki həqiqət yalnız bu fikirdə əks olunub: “Əvvəlki seçkilərdə əldə etdiyimiz təcrübəni, yeni seçki texnologiyalarını qarşıdan gələn parlament seçkilərində tətbiq etməyi düşünürük”.
Bəli, həmişəki saxtakarlıq təcrübələrini, bu dəfə də işə salacaqlar. Karusellər, topa bülletenlər, ölmüş adamaların adına səs verilməsi kimi texnologiyalardan istifadə olunacaq.
Akif