
Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu ölkədə uçuş həyata keçirən aparıcı şirkətlərin biletlərinin qiyməti onların özlərindən asılı olmayaraq bahalaşacaq. Çünki beynəlxlaq reyslərin qiymətləri ya dollar, ya da avro ilə müəyyən edilir.
Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının açıqlamasına görə, qiymət artımı 7,5-11,6 faiz ətrafında dəyişəcək. Assosiasiyadan bildirirlər ki, beynəlxalq reyslər üzrə tariflər avro ilə realizə edilir. Bu halda avronun rubla nisbətdə bahalaşması biletlərin də qiymətinə təsir edir.