İranda Britaniya səfirliyi açıldı

Britaniya dörd illik fasilədən sonra özünün İrandakı səfirliyinin qapılarını yenidən açıb.

Xarici işlər naziri Philip Hammond Tehrandakı mərasimdə, İran diplomatları ilə birgə iştirak edir. Eyni zamanda İran Londondakı səfirliyini yenidən açır.

Birləşmiş Krallığın səfirliyi 2011-ci ildə, Tehrana qarşı Qərb sanksiyalarına etiraz edən kütlə tərəfindən hücuma məruz qaldıqdan sonra bağlanmışdı.

Cənab Hammond 2003-cü ildən bəri Birləşmiş Krallığın İrana səfər edən ilk XİN başçısıdır.

Bu səfərdən bir neçə həftə əvvəl Tehran və dünyanın altı gücü arasında İranın nüvə fəaliyyətini məhdudlaşdıran tarixi saziş əldə edilib.