
APA-nın News.am-a istinadən verdiyi xəbərə görə, bu barədə aksiya zamanı hərəkat şurasının üzvü David Ovanisyan bildirib.
“Biz qanunsuzluğa yol vermiş polisləri gərginlikdə saxlayacağıq”, deyə o qeyd edib.
Məlumata görə, “Ayağa qalx, Ermənistan” hərəkatının fəalları növbəti aksiyanı eyni məkanda sentyabrın 4-də keçirməyi qərara alıblar.
Məlumata görə, vəziyyət meydanda gərgin olaraq qalmaqdadır, fəallar və polis arasında mübahisə və toqquşmalar davam edir.
Xatırladaq ki, iyulun 27-dən İrəvanın mərkəzindəki Respublika meydanında oturaq etiraz aksiyası keçirilir. Etirazçılar elektrik enerjisi tarifinin qaldırılması qərarının ləğv edilməsini, “Ermənistan Elektrik Şəbəkələri” şirkətinin milliləşdirilməsini və İctimai Xidmətlərin Tənzimlənməsi Komissiyasının buraxılmasını tələb edirlər.