Günün ulduz falı (22.08.2015)

«AZADLIQ»IN RƏSƏDXANASI

 

QOÇ

Günün birinci yarısında əlinizə aldığınız işi tamamlaya bilməyəcəksiniz. Zamanla özünüzü gümrah hiss edəcək və bir çox problemin həlli üsullarını tapacaqsınız. Günün ikinci yarısında gəliriniz olacağı gözlənilir.

BUĞA

Günün birinci yarısında həm evdə, həm də iş yerində çıxacaq problemlər üzündən çox gərgin olacaqsınız. Səhv addım atmaq riski var. Gün gözəllik salonuna getmək, sağlamlıq baxımından profilaktik proseduralar qəbul etmək üçün əlverişlidir.

ƏKIZLƏR

Bürcün bəzi nümayəndələri xəyal etdikləri arzularına çatacaq. Işdə yaşanacaq bir sıra çətinliklərə baxmayaraq, başladığınız işləri sona çatdıracaqsınız. Ehtimal ki, maraqlı işgüzar təklif alacaqsınız.

XƏRÇƏNG

Ətrafdakıları dinləməyi bacarın. Bu sizə konfliktlərdən qaçmaqda yardımçı olacaq. Bu yaxınlarda əla əməkdaşlığa imza atacaqsınız.

ŞIR

Gün boyu qarşınıza çıxan hər çətinliyi ürəyinizə salırsınız. Yaşanan hər olaya kəskin reaksiya verəcəksiniz. Ehtimal ki, müəyyən xərcləriniz olacaq. Buügünkü alış-veriş uğursuz ola bilər.

QIZ

Professional işgüzar bacarığınız diqqətdən kənarda qalmayacaq. Ehtimal ki, işgüzar təklif alacaqsınız. Romantik münasibətin təməli üçün əlverişli gündür. Ümumilikdə xoş gündür.

TƏRƏZI

Əks cinsin nümayəndələri ilə aranızda münasibət sabit olacaq. Onlar sizə qarşı diqqətcil olacaqlar. Yaxşı olar ki, siz də qarşı tərəfə eyni münasibətlə cavab verəsiniz. Işgüzar sferada çətinliklər istisna deyil.

ƏQRƏB

Ən çətin işlə qarşılaşsanız belə onun öhdəsindən gələ biləcəksiniz. Xarici vətəndaşlarla əməkdaşlıq etmək üçün məhsuldar gündür. Yaxın ətrafla münasibət də sabit olacaq.

OXATAN

Xoş olmayan tendensiyaların təsiri güclü olacaq. Bu təsir altında asanlıqla səhvə yol verə bilərsiniz. Sevdiyiniz adamla aranızda fikir ayrılığı yaşana bilər. Bir sözlə, gərgin gündür.

OĞLAQ

Tənbəllik etməyin, başladığınız işləri tamamlamaq üçün əlverişli gündür. Yeni tanışlıq üçün münasib zamandır. Yaşlı qohumlardan biri ilə aranızda fikir ayrılığı yaşanacaq.

DOLÇA

Uzaq yola çıxmaq üçün əlverişli gündür. Söhbətlər vaxtınızı alacaq. Bir zamanlar işgüzar sferada maraqlarınız eyni olan adamla planlaşdırılmamış görüş olacaq.

BALIQLAR

Ətrafda baş verənlərə qarşı diqqətli olun. Bu gün aldığınız informasiyanın bəziləri doğru olmaya bilər. Axşam saatlarını sakit mühitdə keçirin.