ADR-in təsisçilərindən biri istefa verdi

ADR-in təsisçilərindən olan İsmayıl Yusifov təşkilatdan ayrıldı
 
Azərbaycan Demokratik Rifah Hərəkatının təsisçilərindən biri, İdarə Heyətinin üzvü İsmayıl Yusifov təşkilatdan istefa verib. Bu barədə İsmayıl Yusifovun özü məlumat verib. O istefasının səbəbləri haqqında danışmaq istəmədiyini, zamanı gələndə bu haqda ətraflı məlumat verəcəyini söyləyib.
Qeyd edək ki, İ.Yusifov həmçinin Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) "Demokratik Birlik” fraksiyasının, İdarə Heyətinin üzvüdür. (sherg.az)