
Fedin faiz artırmağa yaxınlaşması, neft ucuzlaşması və Çinin pul vahidi Yuanda devalvasiya addımı atmasından sonra inkişaf etməkdə olan ölkələrin pul vahidləri çətinlik çəkir. Bloomberg 10 ölkənin pul vahidini "riskli olaraq" sadalayıb.
Çin, 11 Avqustda pul vahidi yuanda son 20 ilin ən böyük devalvasiyanı həyata keçirib. Çin Mərkəzi Bankı Yuanın gündəlik istinad məzənnəsini 1,9 faiz aşağı salıb.
Bu addımın yanında Fedin faiz artırımına yaxınlaşması, düşən neft və əmtəə qiymətləri bəzi inkişaf etməkdə olan ölkələri sıxıntıya salıb. Bəzi Postsovet ölkələri isə Rusiyanın pul vahidi rublun "ölməsindən" mənfi təsir görür.
Deutsche Bank-a görə, dünyanın ən böyük neft ixracatçısı olan Səudiyyə Ərəbistanı 672 milyard dollarlıq valyuta ehtiyatı ilə bu məzənnə təzyiqinə dözə biləcək ölkələrdən biridir. Ancaq yenə də sərt düşən neft qiymətləri ölkənin pul vahidi rial üzərində təzyiq yaradır.
Bir başqa neft ixracatçısı və Rusiya ilə sıx ticarət əlaqələri olan Türkmənistanın pul vahidi Manat, Yanvar ayında 19 faiz devalvasiya edilib. Ancaq qarşıdakı 6 ayda 20%-lik dəyər itkisi proqnozları var.
Qazaxıstan ilə yaxın əlaqələri olan Tacikistanın valyutası Tacik somonisi riskli pul vahidləri arasında yer alır. Rusiya ilə yaxın ticarət əlaqələri olan Ermənistan dramı isə son bir ildə 15 faiz dəyərdən düşüb. Qırğızıstanın pul vahidi som da yenə Qazaxıstandakı sıxıntı səbəbindən təzyiq altındadır. Misir paundu isə Ərəb Baharından sonra baş verən etirazların ardından xarici investorların uzaq durduğu pul vahidlərindən biridir. İnvestorlar bu il paundun 22% dəyərdən düşəcəyini gözləyir.
Bloomberg-in məlumatına görə, Türk Lirəsi isə siyasi qeyri-müəyyənlik, artan zorakılıq və erkən seçkilər səbəbindən ən pis performans göstərən pul vahidləri arasındadır
İnvestorlar neft ihracatcısı Nigeriya nairasının növbəti ilə qədər 20 faiz dəyər itirəcəyinii gözləyir. Qana cedi isə maliyyə sahəsində qeyri-stabilliyin artması, inflyasiya və borc səbəbindən təzyiq altındadır. Zambiya kwachası və Malayziya ringgiti də yenə riskli pul vahidləri arasındadır. Ringgit son 17 ilin ən aşağı səviyyəsinə enib və ölkənin rezervləri də 2010-dan bəri ilk dəfə 100 milyard dollardan aşağı düşmüş vəziyyətdədir.