NATO baş katibi Gürcüstana gedir

Avqustun 26-27-də NATO baş katibi Yens Stoltenberq Gürcüstana rəsmi səfər edəcək. Bu, NATO baş katibi vəzifəsində onun Gürcüstana ilk səfəri olacaq.
 
Gürcüstan XİN-dən verilən məlumata görə, səfər çərçivəsində NATO baş katibi Gürcüstan prezidenti, baş naziri, parlamentin sədri, XİN rəhbəri və ölkənin icra hakimiyyətinin digər nümayəndələri ilə görüşəcək.
 
Stoltenberq həmçinin NATO-nun çevik dəstəsi üçün hazırlaşacaq gürcü hərbiçiləri alayı ilə görüşəcək.
 
Avqustun 27-də Krtsanisski Təlim Mərkəzi ərazisində NATO-Gürcüstan birgə təlim və qiymətləndirmə mərkəzinin açılışı olacaq.
 
Rəsmi görüşlər çərçivəsində Gürcüstanın NATO-ya daxil olması ilə bağlı məsələlərin tam spektrinə və bu istiqamətdə planlaşdırılan addımlara, Gürcüstanın Uelsk sammitində əldə etdiyi Əhəmiyyətli Planın həyata keçirilməsinin gedişatına və NATO-nun Varşava sammitinə hazırlıq prosesinə baxılacaq. (contact.az)