
Bu gün məhkəmə prosesində bir daha azad ruhlu, saf, dürüst insanları görmək xoşbəxtliyinin zövqünü aldım! Belə insanların daha çox olması üçün, insanların haqqa, ədalətə inamının itməməsi üçün əlimdən gələni edərdim. Sizlərə necəsə dəstək ola bilərdim! Düzdür mənim əlimdə Ramella Allahverdiyeva və yaxud digər hakimlər, prokurorlar, prezident kimi səlahiyyətlərim, imkanlarım yoxdur ki, qərarlarımla haqqı haqq, nahaqqı nahaqq yerinə qoyum və insanları bu ədalətsizliklərdən xilas edəm! Amma anayam və bu gün illərlə sevərək çəkdiyim əziyyətin bəhrəsini gördüm. Eləcə də mənim kimi anaların az olmadığını gördüm! Sizinlə fəxr edirəm haqq mübarizləri! Hər əziyyətə qatlaşaraq haqq yolundan çəkilməyənlər! Tam açıqlaması, hüquqi təsdiqi ilə yazılan məktuba görə, ümumiyyətlə azad sözün müdafiəsinə görə AzadliqRadiosu nun rəhbərliyinə, İlkinə, Kənana eləcə də bütün heyətə təşəkkürümü bildirirəm. Vəkillərə – Elton Guliyev, Fəxrəddin Mehdiyevə, Adil İsmayılova, Yalchin Imanov, Fariz Namazliya, Cavad Cavadova təşəkkürümü bildirirəm! Jurnalistlərə, Meydan Tv-yə, Azərbaycan Saatına, Azadliq qəzetinə dərin minnətdarlığımı bildirirəm.