Sürücülər ən çox yanacaq kəsən məntəqəni seçdilər

Sorğuda yanacaq kəsən yanacaqdoldurma məntəqələri arasında «Azpetrol» birinci, «Lukoil» ikinci, SOCAR isə üçüncü yerdədir
 
Azərbaycanda elə bir sürücü tapılmaz ki, yanacağın keyfiyyətindən, yanacaqdoldurma məntəqələrində isə yanacağın çənə fərqli, yəni az vurulmasından narazılıq etməsin. Hər yanacaqdoldurma məntəqəsində yanacaq çəninə fərqli tutumda yanacaq vururlar. Məsələn, elə yanacaqdoldurma məntəqəsi var ki, çəni yarıya kimi doldurub 300 km sürmək olur, amma eləsi də var ki, heç 250 km-i normal getmək olmur. 
Avtosfer.az bu və digər məqamları nəzərə alaraq maraqlı bir sorğu keçirib. Sorğu iki aya yaxın müddətdə davam edib. Ümumilikdə, sorğuda 4389 nəfər ihtirak edib. «Hansı yanacaqdoldurma məntəqəsində daha çox benzin kəsirlər» sualına respondentlər aşağıdakı şəkildə cavab veriblər:
 
 
Azpetrol 1440 nəfər
 
LUKoil 1362 nəfər
 
SOCAR 1021 nəfər
 
X-Petrol – 80 nəfər
 
BNQ Petrol – 34 nəfər
 
İST Petrol – 523 nəfər
 
ABU Petrol – 316 nəfər
 
Çiraq Petrol – 64 nəfər
 
OSCAR Petrol – 83 nəfər